Elanım niyə dərc olunmadı?

Nəzərə alın ki, əgər siz məhsulu pulsuz vermək istəyirsinizsə və kateqoriya məcburi qiymət tələb etmirsə “Qiymət” sahəsini boş qoyun və ya qiyməti 1 AZN olaraq göstərin. Məzmunda mütləq qeyd edin ki, məhsul pulsuz verilir. Əks halda bu, sizin elanınızın silinməsinə səbəb ola bilər.


Əgər siz məhsulu mübadilə (barter) etməyə hazırsınızsa, bunu “Təsvir” hissəsində mübadilə şərtlərini əlavə etməklə göstərin (dəyişdirmək niyyətində olduğunuz məhsul və ya xidmət).


Yalnız mübadilə ilə bağlı olan elanlar saytda yerləşdirilmir.

Alış barədə elanlar saytda yerləşdirilmir (Əgər siz hansısa məhsul və ya xidmətlə maraqlanırsınızsa, təklif edirik ki, saytımızın axtarış xidmətindən yararlanasınız. Saytın əsas səhifəsindəki "Axtarış" bölməsindən lazımi açar sözləri daxil etməklə, yaxud filter və/və ya açar sözləri istədiyiniz kateqoriya üzrə seçməklə istifadə edə bilərsiniz).

Elanın təsviri (xarakteristikası)

Potensial müştərilər daim açar sözlər vasitəsilə konkret məhsulu axtarırlar. Bu səbəbdən bir yerləşdirmədə ona aid qiymət və şəkillə birlikdə yalnız bir məhsulun (predmetin, obyektin) göstərilməsi çox vacibdir.


Təsvir hissəsində müxtəlif kateqoriyalara və bölmələrə aid olan bir neçə məhsulun qeyd olunmasına yol verilmir. Məsələn, bir elanda eyni anda telefon və televizor, geyim və mebel, kompüter və fotoaparat, velosiped və it və s. yerləşdirilməməlidir.


Təsvir tam şəkildə başlığa və təklif olunan məhsula/xidmətə uyğun olmalıdır. Bir elanda yalnız bir məhsul növünü və ya xidməti təsvir etməyə icazə verilir. Təsvirə əlavə edilən açar sözlər və etiketlər satılan məhsul və ya xidmətə aid olmalı və digər mal və xidmətlərin ehtiva etməməlidir. Məzmunun ilk 2-3 sətri elanınızın ən cəlbedici hissəsi olmalıdır, çünki ilk gözə çarpan başlıq və elanın mətninin ilk cümləsidir. Qrammatik cəhətdən düzgün və diqqətlə yazın, yazı səhvlərinə yol verməyin, fikirlərinizi dəqiq ifadə edin.


Məhsulun bütün detalları, xüsusiyyətləri və xarakteristikaları təsvirdə göstərilməlidir. Təsvir əvəzinə məhsul haqqında müştərinin daha ətraflı tanış olması üçün yalnız keçid linki yerləşdirməyin. Heç də bütün istifadəçilərin məhsul haqqında daha ətraflı oxumaq üçün tanınmayan bir keçid linkinə daxil olmağa vaxtı və marağı olmur. Həmçinin, rəqib saytlara keçid linkləri də qadağandır.


Dəqiq olmayan və ya yanlış məlumatın göstərilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi elanın silinməsinə səbəb ola bilər.


Məzmun və məna baxımından təkrar olan elanların yerləşdirilməsi qadağandır. Transliterasiyaya – rus dilindəki sözlərin latın hərfləri ilə yazılmasına yol verilmir.

Nəzərdə saxlayın: Təsvirdə telefon nömrəsinin, elektron poçt ünvanının, Skype, Instagram, Facebook və digər sosial şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Telefon nömrəsi və elektron poçt ünvanı üçün xüsusi sətir mövcuddur.

Elanın məzmununda digər satıcı və alıcılara qarşı təhqiredici və ya tənqidi ifadələr işlətməyin. Məzmunu tənzimləmək mümkün olmadıqda, saytın formatına uyğun gəlmədiyi üçün silinəcək.


Administrasiya qaydaların yuxarıda göstərilən bəndlərinə uyğun olaraq elanın təsvirini tam və ya qismən redaktə etmək hüququnu özündə saxlayır.


Məzmunda qaydaların yuxarıda qeyd olunan bəndlərinə əsasən düzəlişlər etmək mümkün olmadıqda, administrasiya saytın formatına uyğun gəlməyən elanı dərc etməmək hüququnu özündə saxlayır.


Şəkil

Elanınıza mütləq şəkil əlavə edin (hər başlıq üzrə 40-a qədər şəklə icazə verilir). Optimal şəkil ölçüsü 800x600. Nəzərə çarpmayan şəkillərin yer aldığı analoji elanlardan fərqli olaraq məhsulun keyfiyyətli, dəqiq və real şəklini görən müştəri sizin təklifinizlə daha çox maraqlanacaq.


Şəkillər keyfiyyətli olmalıdır.


Şəkillərdə Goge.az loqotipi və ya hər hansı başqa bir loqotip olmamalıdır.


Fotoda digər saytların və proqramların interfeysi göstərilməməlidir.


Şəkillərdə reklam xarakterli məlumat olmamalıdır. Eləcə də, hər hansı əlaqə vasitəsinin (mobil nömrə, sayta keçid linki, Skype, ICQ, sosial şəbəkə ID-ləri, digər messencerlərin və oxşar şəbəkələrin ID-ləri, həmçinin, rəqib servislərin loqotiplərinin) göstərilməsi qadağandır.


İlk fotoşəkil hamam və ya tualet olmamalıdır (yalnız "Əmlak" bölməsi üçün). Fasadın şəklini (əgər varsa) və ya otağın şəklini əsas fotoşəkilə yerləşdirməlisiniz.


Elanda 2 və ya daha çox fotoşəkil varsa, birinci fotoşəkil təklif olunan məhsul və ya xidməti dəqiq əks etdirməlidir.


Məhsulu/xidməti təsvir edən şəkil başlığa və elanın mətninə uyğun olmalıdır. Şəkildə yalnız təklif olunan obyekt nümayiş etdirilməlidir.


Təsvir edilən obyektin aydın seçilmədiyi, keyfiyyətsiz şəklin əlavə edilməsinə yol verilmir.


Stokdan götürülmüş bütün hazır fotolar, arxa fonunda mağaza vitrinləri görünən, internetdən götürülmüş və ya kataloqlardan skan edilmiş, bir sözlə, satılan real məhsulla heç bir əlaqəsi olmayan fotoşəkillər ciddi şəkildə araşdırılacaq və dərc olunmaya bilər.


Administrasiya müəyyən kateqoriya və növ malların yalnız real fotoşəkillərini tələb etmək hüququnu özündə saxlayır.


Bir sıra kateqoriya və bölmələr üçün real şəkillərin olması mütləqdir:


Nəqliyyat (Nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisində çəkilməlidir);

Daşınmaz əmlak (bütün kateqoriya üçün);

Heyvanlar (bütün kateqoriya üçün);

Ev və bağ üçün (yalnız Məişət texnikası bölməsi üçün);

Elektronika (yalnız Mobil telefonlar, Televizorla və məhsul növü Simsiz Bluetooth qulaqlıqlar üçün).

İş, Hobbi və asudə, Xidmətlər və biznes, İtmiş əşyalar kateqoriyaları üçün şəkil mühüm deyil, lakin sistem sizin məhsulunuza uyğun şəkil tapıla bilməsə, elanınız dərc olunmaya bilər.

Real fotoların olması ilə bağlı tələblər istifadəçinin Goge.az-da mağazanın sahibi olub-olmamasından, habelə real fotoların yerləşdirilməsini tələb edən məhsulların siyahısını özündən asılı olaraq dəyişilə bilər.

Xahiş olunur, elanın moderasiyadan uğurlu şəkildə keçməsi üçün şəxsən çəkdiyiniz şəkliləri yerləşdirin. Yuxarıda qeyd olunan qaydaya cavab verməyən şəkillərin hamısı silinəcəkdir.

Elanda keyfiyyətsiz fotoşəkillərə yol verməmək üçün administrasiya saytın müəyyən məhsul kateqoriyalarında yalnız qüvvədə olan şablon fotoşəkillər siyahısından elana əlavə etmək üçün fotoşəkillər seçimi hüququnu özündə saxlayır. (Nömrələr və SIM kartlar, İş).


İstifadəçinin elanıını dərc etmək və sayt qaydalarına uyğun olmayan fotoşəkillərə görə reklamı rədd etməmək üçün administrasiya şəkli şablonla əvəz etmək hüququnu özündə saxlayır.


Administrasiya yuxarıda sadalanan qaydalara uyğun olmayan şəkilləri istifadəçinin fotoşəkilləri siyahısından silmək hüququnu özündə saxlayır.


Şəkildə düzəlişlər etmək mümükün olmadıqda və yuxarıda sadalanan qaydaların bəndləri nəzərə alınmazsa, administrasiya saytın formatına uyğun gəlməyən elanı dərc etməmək hüququnu özündə saxlayacaq.


aytın qaydalarını ilk dəfə pozduğu halda istifadəçiyə xəbərdarlıq edilir, bu hal təkrarlandıqda isə o, müvəqqəti qara siyahıya düşür. Müvəqqəti bloklamadan sonra qaydaların təkrar pozulması halında istifadəçi saytın daimi Qara Siyahısına əlavə edilir.


Müvəqqəti Qara Siyahıda olduğunuz halda yeni hesablardan və ya əlaqə məlumatlarından reklam yerləşdirməyə çalışdığınız zaman yeni məlumatların bloklanmasına və elanların silinməsinə gətirib çıxarır. Həmçinin Müvəqqəti bloklama müddəti uzadılı və statusu daimi Qara Siyahıya qədər dəişdirilə bilər.


Administrasiya istifadəçi tərəfindən qaydaların qəsdən pozulmasını aşkar edərsə və ya hər hansı qayda pozuntusu ilə bağlı sayt istifadəçilərindən təkrar şikayətlər alırsa, onu xəbərdarlıq etmədən bloklamaq hüququnu özündə saxlayır.


Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.


Üçüncü şəxslərin əlaqə vasitələri qeyd edildikdə və həmin səxslər şikayət etdikdə bu əlaqə vasitələri qara siyahıya düşür.


Mağazalar və Şirkətlər

Yuxarıda qeyd olunan qaydaların hər biri “Mağazalar və Şirkətlər” bölməsi üçün də keçərlidir.


Mağazaların və şirkətlərin adından elan yerləşdirmək üçün ödənişli paketlərdən biri əldə olunmalıdır.

Paket 30 gün müddətində aktivdir.


Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilər öz səhifələrində yalnız qeydiyyatdan keçdikləri fəaliyyət sahəsinə uyğun elanlar yerləşdirə bilərlər.


Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilərə digər ödəniş vasitələri ilə yanaşı öz balanslarından da ödəniş etmək imkanı yaradılır.


Xəbərdarlığa baxmayaraq qaydalar yenidən pozularsa, elanlar ödənişli olsa belə saytdan silinəcək. Bu halda ödənilən pul geri qaytarılmır.


Goge.az saytının administrasiyası saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.


Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilər fəaliyyat sahələrinə aid olan elanları yalnız öz səhifələrində yerləşdirə bilərlər. Bu məqsədlə yeni istifadəçi hesablarının yaradılması və ya bu tip elanların anonim formada yerləşdirilməsi yolverilməzdir.


Mağazanın/şirkətin paket çərçivəsində əldə etdiyi balans yalnız həmin mağazaya/şirkətə aid səhifədə istifadə olunmalıdır.


Qadağan olunmuş məhsul və xidmətlər

Qadağan olunmuş məhsullar və xidmətlərin yer aldığı elanların yerləşdirilməsinə yol verilmir. Eyni zamanda, elanda (başlıq, mətn, video) və ya istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist və ya Tap.az saytının tələblərinə cavab verməyən digər məzmun və anlayışların istifadəsi yolverilməzdir.

Elanı yalnız konkret məhsul və xidmətlər barəsində verin – ümumi reklam xarakterli və ya konkret təklif irəli sürməyən elanlar yolverilməzdir. Həmçinin, məhsulların hərrac yolu ilə satılması və hərracların reklam edilməsi qadağandır.

Reklam xarakterli məlumatların, həmçinin aşağıdakı tip tanıtım reklamlarının yer aldığı elanlar qadağandır:

- internet resursları (portallar, forumlar, tanışlıq saytları və s.);

- biznes (mağazalar, şirkətlər) və məhsul çeşidlərinin, xidmətlərin və qiymətlərin sadalanması;

- müəyyən bir məhsul və ya xidmət təqdim etməyən elanlar.

Şübhəli gəlir əldə etmə üsulları, o cümlədən, internet üzərindən olan üsullar barədə elanların yerləşdirilməsi yolverilməzdir.

İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi qadağandır.

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması elanın silinməsi üçün əsas ola bilər. (müvəqqəti olaraq – redaktə etmək imkanı olmaqla, həmçinin qəti olaraq – bərpa etmək hüququ olmadan).

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması, həmçinin digər istifadəçilərin çoxsaylı müraciəti istifadəçi hesabının bloklanması ilə nəticələnə bilər.


Qaydalar, ödənişli xidmətlərin göstərilib-göstərilməməsindən (VIP, Premium və s.) asılı olmayaraq, BÜTÜN elanlara şamil olunur. Qayda pozuntularına yol verilibsə, haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.


Tətbiq edilən ödəniş yalnız ilkin yerləşdirilən elan üçün keçərlidir. Ödənişli elanın məlumatlarını başqa məhsul/xidmətin məlumatları ilə əvəz etmək qadağandır.


Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə edilən ödəniş geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilmir, xidmət başqa elana keçirilə bilməz.


Hər bir dərc olunmamış elana görə istifadəçinin elanı yerləşdirərkən göstərdiyi elektron poçt ünvanına və ya Tap.az mobil tətbiqinə elanın silinməsinin səbəbini izah edən avtomatik sayt bildirişi göndərilir.

Goge.az saytının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişdirilməsi və/və ya yenilənməsi hüququnu özündə saxlayır.